

Pulunu idarə etməyin rahat yolu
WIT ilə ödənişlərini, köçürmələrini və balansını istədiyin kimi idarə et. Bütün aktivlərini vahid platformadan izləmək, xərclərini nəzarətdə saxlamaq və təhlükəsiz köçürmələr üçün

Xərcləriniz
Aprel ayı üçün cəmi
12,129 ₼

Azər işıq
0 ₼
90368876595678
Detallar
Cari balans:
12.78 ₼
Borc:
0 ₼
Tövsiyə olunan doldurma:
0 ₼
Haqqımızda
Necə başladıq?
Hər şey bir fikirdən başladı. Maliyyə sadə olmalıdır. WIT bank olmayan, maliyyə proseslərini sadələşdirən və sənə aktivlərini rahat, təhlükəsiz idarəetmə imkanı verən tam rəqəmsal alternativdir.
Xidmətlərimiz
Sənin üçün nələri sadələşdirdik
Hər ödəniş, köçürmə, müxtəlif növ bank əməliyyatları üçün fərqli tətbiqləri yükləməyə ehtiyac yoxdur. WIT gündəlik maliyyə proseslərini bir araya gətirərək hər şeyi sənin üçün sadələşdirir. Bir toxunuşla, bir tətbiqdən.
Ödənişlər
WIT ilə kommunal, mobil operator, internet, dövlət ödənişləri və s. kimi əməliyyatları rahatlıqla edə bilərsən. Kripto və kart balansını eyni tətbiqdən idarə etmək mümkündür.

Azərişıq

Azəriqaz

Azeronline

CityNet
Digər cüzdana
Telefon nömrəsi ilə
WIT ID ilə
Köçürmələr
Kart nömrəsi və ya mobil nömrə paylaşmadan, sadəcə WIT ID ilə balansını artır və köçürmələrini et. Məlumatların gizli, əməliyyatların isə tam təhlükəsiz qalır.
Xərclərin izlənməsi
WIT hər ödənişdən sonra balansını və xərclərini avtomatik izləməyə imkan verir. Büdcəni tənzimləmək və maliyyə savadlılığını artırmaq indi daha asandır.
Bank Cüzdan
US Dollar
Ümumi balans
$64,833.34
Virtual kartdan
Kripto cüzdana
3CT…ErT5BN
Kripto əməliyyatları
Azərbaycanda kriptovalyuta əməliyyatlarını bir toxunuşla həyata mkeçirməyə imkan verən ilk yerli kripto cüzdan.Kriptonu valyutaya çevirmək, tokenlərini idarə etmək, xərcləmək və P2P əməliyyatları təhlükəsiz şəkildə reallaşdırmaq indi daha asandır.
Yol xəritəsi
Gələcəyin xəritəsi buradadır
WIT daim inkişaf edir. Yaxın gələcəkdə əlavə olunacaq funksiyalar və yeni xidmətlərlə tanış ol.
1.
Spot əməliyyatlar
2.
Kredit sifarişi
3.
WIT treydinq
4.
IBAN transfer
Spot əməliyyatlar
WIT platforması üzərindən birbaşa kripto aktivləri və səhmləri alıb satmaq mümkün olacaq. Sürətli, təhlükəsiz və şəffaf spot əməliyyatlar üçün izləmədə qal.
Kredit sifarişi
Tətbiqdə əlavə maliyyə dəstəyi olaraq kredit məhsullarının sifarişi çox yaxındadır. Sürətli və əlverişli faiz dərəcələri ilə ehtiyacına uyğun kredit məhsullarını tezliklə cüzdanında görəcəksən.
WIT treydinq
Bu bölmədə canlı təklif siyahısı üzərindən bazarda olan aktivlərin alış satış əməliyyatları mümkün olacaq. Məqsədimiz istifadəçilərə yüksək səviyyədə sürətli treydinq təcrübəsi təqdim etməkdir.
IBAN transfer
Komissiya və uzun gözləmə prosesləri olmadan Türkiyədəki IBAN hesablarına pul köçürmə əməliyyatları WIT ilə əlçatan olacaq.
FAQ
Ən çox verilən sualları sənin üçün topladıq
Sualın nə ilə bağlıdır?
WIT nə üçündür?
WIT — gündəlik ödənişlərini, köçürmələrini və balansını rahat idarə etməyin üçün yaradılmış rəqəmsal cüzdanındır.
WIT bankdırmı?
Xeyr, WIT bank deyil. O, bank olmayan elektron pul təşkilatıdır — yəni bir çox bank əməliyyatlarının sadələşdirilmiş, kompakt və daha sürətli alternatividir.
WIT-i necə yükləyə bilərəm?
Çox sadə. Smartfonuna uyğun olaraq App Store və ya Google Play-də axtarış çubuğuna “WIT” yazaraq tətbiqimizi yükləyə bilərsən. Quraşdır, qeydiyyatdan keç və maliyyənin rahatlıqla idarə et.
WIT-dən istifadə etmək üçün yaş məhdudiyyəti varmı?
Bəli, 18 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.
Tətbiqi yüklədim. Bəs qeydiyyatdan necə keçim?
Qeydiyyat üçün mobil nömrəni daxil et və SMS ilə gələn OTP kodunu təsdiqlə. Ardınca hesabını yaratmaq üçün qısa formanı doldur və qeydiyyatı cəmi 2 dəqiqəyə tamamla.

Tək tətbiqlə həm bank, həm kripto cibində!
Gündəlik ödənişlərini et, kripto varlıqlarını idarə et və maliyyə azadlığını öz əlinə al
Bülletenimizə Qoşulun
Ən son yeniləmələrimiz, eksklüziv təkliflərimiz və s. haqqında ilk siz xəbərdar olun.