| _GlaMuRKa_ | _Mehmetcik_ | ||
| Azeri_girl | jus | ||
| Qismet | Single Lady | ||
| ღEnigmatic girlღ | ♠Siqaret♠ |
| Yandex | Googlebot | ||
| Baidu Spider |


















































|


















































|
| Forumda son mövzu | Baxış | Cavab | Müəllif | Sonuncu |
| Optimist?Pessimist?Realist? | 6 | 3 | Qanadsiz_Melek | ღEnigmatic girlღ |
| Tutdu-Tutmadı | 102 | 23 | _GlaMuRKa_ | ღEnigmatic girlღ |
| Treckin adını tap | 76 | 13 | Ay Yuzlu | ღEnigmatic girlღ |
| Üstdəki useri neçə faiz sevirsən?) | 219 | 19 | NeVeR_FoRGeT | Qanadsiz_Melek |
| İstək Avatar və İmza) | 14 | 4 | ღEnigmatic girlღ | ღEnigmatic girlღ |
| Ən son nə yedin?:)) | 6 | 2 | ღEnigmatic girlღ | Ay Yuzlu |
| Fikir verdim ki, | 44 | 17 | ..::QaraQaNKa::.. | ღEnigmatic girlღ |
| Saytin ən mehriban useri | 10 | 1 | Ay Yuzlu | ღEnigmatic girlღ |
| Çıxılmaz vəziyyət.. | 4 | 1 | Ay Yuzlu | ღEnigmatic girlღ |
| Oğlan gözündə "əsl"Azərbaycan qadını... | 536 | 8 | Business_Lady | Ay Yuzlu |
Tarix: 17-01-2012, 08:55
![]() Bürclər üçün 2012-ci il Proqnozları (2-ci hissə)
TƏRƏZİ
Sağlamlıq. 2011-ci ildən qalmış sağlamlığın potensialı demək olar ki, bütün 2012 il üçün bəs edəcək. Tərəzi bürücündən olanlar sağlamlıq baxımından digər bürclərlə müqayisədə 2012-ci il proqnozlarına əsasən daha xöşbəxt hesab oluna bilərlər. Heç bir ciddi xəstəliklər gözlənilmir, Yüngül soyuqdəymə və cüzi əsəb xəstəlikləri sizi daha çox narahat edə bilər. Karyera. Bütün 2011-ci ili Tərəzilər qazandığı müvəffəqiyyətlər üçün çox səylə çalışdılar. 2012-ci il isə tərəzilərə çəkilmiş əziyyətlərin uğurlu nəticəsini vəd edir. Ümumiyyətlə bütün il tərəzilər üçün yaradıcılıq, kreativ ideyalar və qeyri-adi qərarlar şüarı altında keçəcək. Maliyyə. Maliyyə işlərində intuisiyanıza güvənin . Bu aldadılmaqdan qaçmaq üçün ən etibarlı üsulu olacaq. Mart-aprel ayları sizə ən çox gəlir gətirən aylar olacağı gözlənilir və avqustun ikinci yarısında uğurlu maliyyə əməliyyatlarının nəticələrini gözləmək lazımdır. Tərəzilər 2012-ci ilin noyabr ayında bir qədər daha ehtiyatlı olmaları məsləhətdir. Şəxsi həyat. Tərəzilər adətən romantik münasibətlərində lider hehab olunmurlar. 2012-ci ilə gəlincə isə, tərəzilər üçün ən romantik aylar fevral, mart, iyun və noyabr ayları hesab oluna bilər. Qalan aylara tərəzilərin romantik ab-havaya düşməsi isə olduqca mübahisəli məsələdir. Ümumilikdə götürsək 2012-ci il əvvəlki ilə nisbətən sevgi münasibətlərində daha sakit keçəcək. ƏQRƏB Sağlamlıq. Qara əjdaha ilində Əqrəblərə elə gələcək ki, onların orqanizminin ehtiyatları sonsuzdur. Psixoloji nöqteyi nəzərdən bu yaxşı haldır, çünki bu hiss onlara bir qədər əminlik verəcək. Amma profilaktik tədbirlər – yaxşı fiziki formanın saxlanılması, diyeta günləri (sağlamlıq naminə), vaxtında və kifayət qədər istirahət, vitaminlər – bütün bunlara çox ehtiyacınız olacaq. Bundan başqa, ekstremal idman növlərinin həvəskarları olan, sürücü olan əqrəblər daha ehtiyatlı olmalıdır, çünki əqrəblərin travma təhlükəsi daha yüksəkdir. Karyera. Əqrəblər üçün 2012-ci ildə elə də dəhşətli koryera uğurları gözlənilmir. Koryerada irəli getmək üçün hətta əlavə bacarıqların və ya biliklərin əldə edilməsi də lazım olacaq. Əlverişli dövr yalnız iki ay – may və iyun ayları hesab olunur. Çalışın ki, bu aylarda sizlərə verilmiş fürsətləri əldən verməyəsiniz. Bunlara baxmayaraq incəsənət sahəsində çalışan əqrəbləri daha böyük uğurlar gözləyir. Maliyyə. Gəlir nöqteyi nəzərindən il uğurlu olacaq. Düzdür, çox çalışmaq lazım olacaq, amma bəhrəsi də olacaq. Birdə ki, pula sevginiz də həddini aşmasa daha yaxşı olar, unutmayın ki, pula olan hərislik onun daha da çox itirilməsinə səbəb ola bilər. Şəxsi həyat. Peşəkar və maliyyə fəaliyyətinin bütün uğursuzluqlarına baxmayaraq sevgi münasibətlərinizdə hər şey qaydasında olacaq, əksinə hər şey istədiyiniz kimi olacaq. Evli əqrəblərin ailə həyatında mübahisələr və narazıçılıqlar xeyli azalacaq. Daha rəvan ailə münasibətləri gözlənilir. Subay əqrəbləri isə daha çox onların azadlıqlarına heç bir mənfi təsir göstərməyən sadə və xoş münasibətlər gözləyir. OXATAN Sağlamlıq. Qara əjdaha ilində oxatanlar öz imkanlarını lazımınca qiymətləndirməlidirlər. Əgər siz öz sağlamlığınıza nəzarət etməsəz, yaya qədər hər şey qaydasında olsa da yaydan sonra stres və sinir xəstəlikləri, həmçinin, xroniki xəstəliklərin kəskinləşməsi ilə üzləşə bilərsiniz. Bu il həkim müayinəsindən tez-tez keçməli olacaqsınız. Fiziki hərəkətlər, idman, yoqanı da günddəlik rejiminizə salsaz iliniz daha sağlam keçəcək. Karyera. 2012-ci il oxatanlar üçün ən uğurlu karyera illərindən biridir. Digər bürclərlə müqayisədə oxatan bürcündən olaanları işdə daha böyük uğurlar gözləyir. Demək olar ki bütün aylarda çox aktiv olacaqsınız və aktivliklə yanaşı hər şey sizə asanlıqla başa gələcək. Amma oktyabr ayının ikinci yarısında bir qədər ehtiyyatlı olmanız məsləhətdir. Maliyyə. Gəliriniz bütün il boyu stabil olacaq və sizə tamamilə kifayət edəcək. Amma maliyyə baxımından heç bir narazıçılığınız olmasa da, yenə də oktyabr ayında maliyyə işləri ilə bir qədər ehtiyyatlı davranın, bu ayda müəyyən qədər puldan məhrum ola bilərsiz. Bəzi oxatanlar da baxıcılara və ekstrasenslərə aldanaraq pullarını xərcləməsinlər. Şəxsi həyat. Təəssüf ki sevgi mövzusunda əks cinsin nümayəndəsi ilə manasibətləriniz elə də asan olmayacaq. Avqust – sizin üçün münaqişələrin potensialən gərgin olacağı aydır, bu aydan etibarən yeni tanışlıqlara son dərəcə ehtiyatlı yanaşın. Bəzi antipatiya bəslədiyiniz insanlarlaa da yeni mübahisələr yarana bilər. Amma səbr edin, çünki noyabr ayında yeni romantik mərhələ başlaya bilər. OĞLAQ Sağlamlıq. Oğlaq bürcündən olanların fiziki gücləri və enerjiləri demək olar ki il boyu onlara bəs edəcək və stabil olacaq. Bir qədər daha az emosional davransalar sağlamlıqları üçün daha xeyirli olar. Həmçinin zəhmətkeş və daha çox işdə çalışan oğlaqlar bir qədər daha sərbəst olsunlar, çünki onların işə lazım olandan daha çox vaxt ayırmaqları yuxusuzluq və daha ciddi sağlamlıq çatışmazlıqlarına səbəb ola bilər. Amma yayın sonlarına yaxın oğlaqlar bu qədər əziyyətin onların sağlamlıqlarına mənfi təsir olduğunu anlayıb, özlərinə daha çox vaxt ayırmağın vaxtının çatdığını anlayacaqlar. Karyera. Peşəkar sferada köhnə xidmətlər, vəzifələr və mövcud işlərin durumu sizi bezdirə bilər. Bu şərait Oğlaqları oqədər bezdirə bilər ki, bu hal özünü onlaarda açıq-aşkar hiss olunnacaq, onlar hətta bu depressiyaya son qoymaq üçün şəxsi karyerada mühüm dəyişikliklərə başlayacaqlar. İyunda başlanmış bu yeni mərhələ oğlaqları artıq oktyabrın başlanğıcındaa yeni, olduqca əhəmiyyətli karyera səviyyəsinə gətirib çıxaracaq. İş ezamiyyətləri zamanı yaz və yayda bir qədər ehtiyaatlı olun. Maliyyə. Qara əjdaha ilində oğlaqlar daha çox pullarını planla xərcləmək və qənaət etmək prinsipini rəhbər tutmalıdırlar. Cəlbedici, amma gərəksiz yerlərə, təkliflərə pul xərcləməyə ehtiyac yoxdur. Yeni plaanlarınız sizi yeni pul mənbələrinin axtarışına sövq edəcək. Və bütün bunlara xeyli vaxt sərf etməli olacaqsınız. Şəxsi həyat. 2012-ci il qara əjdaha ili üçün olan proqnozlar oğlaqların romantik atmosferdində də dəyişikliklər vəd edir. Romantik münasibətləriniz əsasən yenilənəcək. Bu həm də karyera sferasında baş verən dəyişikliklərin əks-sədasıdır. Partnyorunuza qarşı bir qədər ədalətli və sadiq olun: onun sizin dəstəyinizə çox ehtiyacı olacaq. DOLÇA Sağlamlıq. Sağlamlığınızla elə ilin əvvəlindən məşğul olmağa başlayın. Yaz aylarında sağlamlıqla bağlı daha böyük problemlər yarana bilər. İl boyu yorğunluq hissləri sizi daha çox təqib edəcək və bu hisslər sizin həyatınızın bir çox sferalarında özünü büruzzə verə bilər. Pis vərdişlərinizdən imtina etməyə, uzaqlaşmağa tənbəllik etməyin, pəhriz zamanı ehtiyyatlı olun. İl ərzində düzgün qida rejiminə müraciət edin, çünki daha həzmlə bağlı narahatçılıqlar yarana bilər. Karyera. Köhnə ildə fəaliyyətinizlə bağlı qoyduğunuz başlanğıcları davam etdirməli olacaqsınız. Amma əgər karyera ilə bağlı nə isə, dəyişiklik təklifləri gəlsə onları qəbul etsəniz uğurlu nəticələr əldə edə bilərsiniz. Heç də, yeni iş metodlarından çəkinməyin, köhnə və yeni işinizdəki fərq heç də gözünüzü qorxutmasın. Maliyyə. 2012-ci il dolçalar üçün gəlir baxımından yenə də stabil olacağı gözlənilir. Demək olar ki bütün il boyu eyni tempdə davam edəcək. Amma, buna baxmayaraq mailiyyə baxımından ən aktiv və uğurlu aylar mart və noyabr ayları olacağı gözlənilir. Şəxsi həyat. Əjdaha ilinin ilk səkkiz aylarında dolça bürcündə olanlar daha cəsarətli addımları ilə yadda qalacaqlar. Əks cinsin nümayəndələrinə qarşı, mehriban olduqları kimi kobud hərəkətləri ilə də münaqişələrə səbəb olacaqlar. Ona görə də sevgi münasibətləri davalarla və xoşagəlməz vəziyyətlərlə növbələşəcək. Və yalnız payızda hər şey öz qaydasında gedəcək və siz nəhayət sevdiyiniz insanla münasibətləri qaydasına salmaq üçün sizə nə qədər vaxt, səbr və güc lazım olduğunu anlayacaqsınız. BALIQLAR Sağlamlıq. Bütün işlərin sizin üzərinizdə yığılıb qalması sizə bir qədər çətin gələ bilər. Narazılıq, laqeydlik, həyəcan – bütün bunlar stres hisslərinin ən yüksək ehtimalını yaradacaq. Bütün bunların nəticəsində artıq neçə vaxtdır özünü büruzə verməyən xəstəlikləriniz yenidən fəallaşa bilər. yaranması mümkündür. Amma tədricən həyat normal yoluna girəcək və yazın sonlarına yaxın hər şey unudulacaq. Karyera. 2011-ci il bu bercdən olanlar üçün bir qədər çətin keçdi. Nəhayət 2012-ciildə balıqlar keçən ildə sərf etdikləri ağır əməyin bəhrəsini görəcəklər. Sevindirici hal o olacaq ki, keçən ildən fərqli olaraq məqsədinizə çatmaq üçün ən az əziyyət çəkən insan siz olacaqsız. Başqaları çox əziyyət çəkməli olduğu halda siz çox rahatlıqla uğur qazanacaqsınız. Maliyyə. Həm karyera həm də maliyyə baxımından ən uğurlu aylar mart və fevral aylarıdır. 2012-ci il astroloji proqnozlara əsasən işləriniz hamar və rahat keçəcək. Bütün bunlara baxmayaraq bütün ilin qayğısız keçməsinə arxayın olmayın, ən azından aprel və sentyabr aylarında. Şəxsi həyat. Yeni il Balıqların həyatının bu sferası sürprizlərlə və gözlənilməz xoş hadisələrlə zəngin olacağı gözlənilir. Əgər 2011-ci ilin payızından sizdə ciddi münasibətlər yaradan tanışlıq olubsa onda ola bilsin ki yazın sonlarına doğru bu münasibətlər daha da möhkəmlənərək nigahla nəticələnsin. Payızın ortalarında daha çox qısamüddətli, amma yadda qalan gözəl sevgi münasibətlərilə yadda qala bilər. İyunun ikinci yarısından avqustun ortalarına doğru baş verən tanışlıqlar zamanı daha diqqətli olun və elə də böyük nəticələ bel bağlamayın. |
|
|
|
Xəbərləri: 54
Sərhləri: 779
Copyright © 2012-2013 www.Wit.Az
Created by Allahverdi Məlikzadə