İlk Rəqəmsal Kripto Cüzdan

Kriptovalyuta aktivlərini rahat idarə et. Unikal xidmətləri və geniş istifadə imkanları olan cüzdanı qarşıla. Hər əməliyyatda rahatlığı və çevikliyi hiss etmək üçün

BTC

+4,89%

110,672.47 $

Kripto al

Bitcoin, Ethereum, Tron və s.

Haqqımızda

Necə başladıq?

Hər şey bir fikirdən başladı. Maliyyə sadə olmalıdır. WIT bank olmayan, maliyyə proseslərini sadələşdirən və sənə aktivlərini rahat, təhlükəsiz idarəetmə imkanı verən tam rəqəmsal alternativdir.

Tək qayda

Sadəlik. Çünki maliyyəni idarə etmək çətin olmamalıdır.

Əsas məqsəd

Güvən. Sistemi şəffaflıq və təhlükəsizlik üzərində qurduq.

Nəticə

Azadlıq. İndi maliyyə qərarlarını azad şəkildə verə bilərsən.

Tək qayda

Sadəlik. Çünki maliyyəni idarə etmək çətin olmamalıdır.

Əsas məqsəd

Güvən. Sistemi şəffaflıq və təhlükəsizlik üzərində qurduq.

Nəticə

Azadlıq. İndi maliyyə qərarlarını azad şəkildə verə bilərsən.

Xidmətlərimiz

Sənin üçün nələri sadələşdirdik

Hər ödəniş, köçürmə, müxtəlif növ bank əməliyyatları üçün fərqli tətbiqləri yükləməyə ehtiyac yoxdur. WIT gündəlik maliyyə proseslərini bir araya gətirərək hər şeyi sənin üçün sadələşdirir. Bir toxunuşla, bir tətbiqdən. 

Ödənişlər

WIT ilə kommunal, mobil operator, internet, dövlət ödənişləri və s. kimi əməliyyatları rahatlıqla edə bilərsən. Kripto və kart balansını eyni tətbiqdən idarə etmək mümkündür.

Azərişıq

Azəriqaz

Azeronline

CityNet

  • Digər cüzdana

  • Telefon nömrəsi ilə

  • WIT ID ilə

Köçürmələr

Kart nömrəsi və ya mobil nömrə paylaşmadan, sadəcə WIT ID ilə balansını artır və köçürmələrini et. Məlumatların gizli, əməliyyatların isə tam təhlükəsiz qalır.

Xərclərin izlənməsi

WIT hər ödənişdən sonra balansını və xərclərini avtomatik izləməyə imkan verir. Büdcəni tənzimləmək və maliyyə savadlılığını artırmaq indi daha asandır.

Bank Cüzdan

US Dollar

Ümumi balans

$64,833.34

Virtual kartdan

Kripto cüzdana

3CT…ErT5BN

Kripto əməliyyatları

Azərbaycanda kriptovalyuta əməliyyatlarını bir toxunuşla həyata mkeçirməyə imkan verən ilk yerli kripto cüzdan.Kriptonu valyutaya çevirmək, tokenlərini idarə etmək, xərcləmək və P2P əməliyyatları təhlükəsiz şəkildə reallaşdırmaq indi daha asandır.

hand
hand
hand
hand

Yol xəritəsi

Gələcəyin xəritəsi buradadır

WIT daim inkişaf edir. Yaxın gələcəkdə əlavə olunacaq funksiyalar və yeni xidmətlərlə tanış ol.

1.

Spot əməliyyatlar

2.

Kredit sifarişi

3.

WIT treydinq

4.

IBAN transfer

Spot əməliyyatlar

WIT platforması üzərindən birbaşa kripto aktivləri və səhmləri alıb satmaq mümkün olacaq. Sürətli, təhlükəsiz və şəffaf spot əməliyyatlar üçün izləmədə qal.

Kredit sifarişi

Tətbiqdə əlavə maliyyə dəstəyi olaraq kredit məhsullarının sifarişi çox yaxındadır. Sürətli və əlverişli faiz dərəcələri ilə ehtiyacına uyğun kredit məhsullarını tezliklə cüzdanında görəcəksən.

WIT treydinq

Bu bölmədə canlı təklif siyahısı üzərindən bazarda olan aktivlərin alış satış əməliyyatları mümkün olacaq. Məqsədimiz istifadəçilərə yüksək səviyyədə sürətli treydinq təcrübəsi təqdim etməkdir.

IBAN transfer

Komissiya və uzun gözləmə prosesləri olmadan Türkiyədəki IBAN hesablarına pul köçürmə əməliyyatları WIT ilə əlçatan olacaq.

FAQ

Ən çox verilən sualları sənin üçün topladıq

Sualın nə ilə bağlıdır?

WIT-də hansı kriptovalyutalar mövcuddur?

Hazırda WIT USDT, Bitcoin, Ethereum və Tron tokenlərini dəstəkləyir. Gələcəkdə digər tokenlər də əlavə ediləcək.

WIT kripto hesabı açmaq üçün nə lazımdır?

Sadəcə WIT tətbiqini endir və qeydiyyatdan keç.
Qeydiyyat tamamlandığı anda kripto cüzdanın da avtomatik aktivləşir.
WIT bütün aktivlərin üçün bir hesabdan idarəni əlinə aldığın rəqəmsal cüzdandır.

Kripto ilə ödəniş etmək mümkündürmü?

Bəli. Kommunal, mobil operator, parkinq, internet, dövlət ödənişləri və s. birbaşa kripto balansınla ödəyə bilərsən. Hələ ki, yalnız USDT ilə ödmək mümkündür.

P2P nədir?

P2P (“peer-to-peer”) — vasitəçi olmadan, istifadəçilərin birbaşa bir-biri ilə kripto alqı-satqısına imkan verən sistemdir.

P2P bölməsində necə alqı-satqı edə bilərəm?

Token almaq və ya satmaq istəyən şəxslərin təkliflərini görə, sənə uyğun qiyməti seçə və əməliyyatı birbaşa reallaşdıra bilərsən.

P2P-də ödənişi necə edə bilərəm?

Ödəniş kripto ilə əməliyyat edən şəxsin öncədən təyin etdiyi vəsait növü ilə həyata keçirilir. Bu kripto və ya digər vəsait növü ola bilər.

Kripto balansımı necə artıra bilərəm?

Kripto balansını alış-satış prosesindən əlavə, WIT ID ilə digər kripto cüzdandan transfer edərək də artıra bilərsən. Hər əməliyyat real vaxtda əks olunur.

Tarixçədə nələri görə bilərəm?

Bütün alış, satış və köçürmə əməliyyatların tarixçədə saxlanılır. Gəlir və xərc analizini istədiyin vaxt görə bilərsən.

Kripto əməliyyatlarım təhlükəsizdirmi?

Bəli. Hər əməliyyat sistem tərəfindən balans və token dəyərlərinə əsasən avtomatik yoxlanır. Əməliyyatlar şifrələnmiş sistemlə qorunur.

WIT ID nə üçün lazımdır?

WIT ID — kripto köçürmələrində şəxsi məlumat paylaşmadan əməliyyat aparmaq üçündür. Sadəcə qarşı tərəfin WIT ID-sini daxil etməyin kifayətdir.

Tək tətbiqlə həm bank, həm kripto cibində!

Gündəlik ödənişlərini et, kripto varlıqlarını idarə et və maliyyə azadlığını öz əlinə al

Bülletenimizə Qoşulun

Ən son yeniləmələrimiz, eksklüziv təkliflərimiz və s. haqqında ilk siz xəbərdar olun.